» » Nazir qardaşının məhkəmə işində yenidən ifadə veriləcək

Nazir qardaşının məhkəmə işində yenidən ifadə veriləcək

Bölmə: Kriminal
Nazir qardaşının məhkəmə işində yenidən ifadə veriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib. Məhkəmə istintaqının tamamlanması təklifinə təqsirləndirilən S.Nəbiyevin vəkili Ceyhun Yusifov etiraz edib. O bildirib ki, zərərçəkmiş Əlikram Camalov yenidən dəvət olunub dindirilməli və bəzi xüsusatlar dəqiqləşdirilməlidir.

Hakim bildirib ki, vəkil hansı xüsusatlar üzrə dindirilmə aparılmasını istəyirsə, onları yazılı olaraq məhkəməyə təqdim etməlidir. Sonra məhkəmə bu barədə qərar verəcək.

C.Yusifov əlavə edib ki, təqsirləndirilən Samir Nəbiyev təkrar ifadə vermək istəyir. Onun bu vəsatəti təmin olunub. Növbəti iclasda S.Nəbiyev ifadə verəcək.

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler