» » “Green House”da 2 nəfərin ölümü ilə bağlı -

“Green House”da 2 nəfərin ölümü ilə bağlı - Müdir həbs edildi

Bölmə: Kriminal, BLOK XƏBƏR
“Green House”da 2 nəfərin ölümü ilə bağlı -
İsmayıllı rayonunda fəaliyyət göstərən “Green House” istirahət mərkəzində baş vermiş bədbəxt hadisə ilə bağlı otel müdiri saxlanılıb.

Baş Prokurorluqdan daxil olan məlumata görə, iyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən “Green House” istirahət mərkəzində Emil Adıgözəlov və Gülhüseyn Quliyevin ölümü, Zaur Əliyev və Eltəkin Ömərovun isə xəsarət almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

İstintaq zamanı istirahət mərkəzində otel müdiri vəzifəsində işləyən Elxan Həsənovun işə vicdansız münasibəti ilə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək “Elektrik enerjisindən istifadə qaydaları”nın, “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları”nın və “Elektrik qurğularının quraşdırma qaydaları”nın tələblərini kobud surətdə pozması nəticəsində elektrik açarının izolyasiyasız hisəssindən hovuzda suyun içərisində yerləşən filtr qurğusunun metal qutusu vasitəsilə suya keçən elektrik cərəyanının təsirindən iki şəxsin ölümünə və iki şəxsin sağlamlığına xəsarətlər yetirilməsinə səbəb olmaqla səhlənkarlıq etməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Elxan Həsənovun əməli Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsinə tövsif edilərək ona qeyd edilən maddə ilə ittiham irəli sürülmüş və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler