» » “Maşınıma 5900 ziyan dəyib” -

“Maşınıma 5900 ziyan dəyib” - 6 tələbinin öldüyü “Ford”un sahibi

Bölmə: Kriminal
“Maşınıma 5900 ziyan dəyib” -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Xalqinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə qəza baş verən “Ford”un sahibi Vüqar Bayramov ifadə verərək maşınının nasaz olduğunu deyib: “Maşını 1 ay əvvəl Sumqayıtdan almışdım. Namiq məndən istədi, dedim nasazdır, düzəldə bilirsənsə, götür sür. Aylıq 700 manata Namiqə icarəyə verdim. Onun tanıdığı ustanın yanına apardıq, hazır olanda götürüb Namiqə verdim. Maşını qəzadan təxminən 10 gün əvvəl vermişdim.

Sənədləri Namiqə verdim ki, mən etibarnamə aldığım adamdan o da alsın. Amma sonra öyrəndim ki, etibarnamə almayıb. Maşınıma 5900 manat ziyan dəyib, sığorta o pulu ödəsə, mülki iddiam olmayacaq”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler