» » Kürəkən qayınananı bıçaqladı -

Kürəkən qayınananı bıçaqladı - Qızıgilə qonaq getmişdi

Bölmə: Kriminal
Kürəkən qayınananı bıçaqladı -
Şəmkir sakini Gəncədə bıçaqlanıb.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, Şəmkir rayon Əliyaqublu kənd sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səltənət Qulu qızı bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızıgilə qonaq gəlib və münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler