» » Məşhur polkovnikə hökm oxundu

Məşhur polkovnikə hökm oxundu

Bölmə: Kriminal
Məşhur polkovnikə hökm oxundu
Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə təqsirləndirilən MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib və polkovnik rütbəsindən azad olunub.

Həmçinin, V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilən Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Şərifzadə küçəsindəki mənzili, ümumi dəyəri 1 milyon 277 min manat olan əmlakları müsadirə edilib.

Müsadirə olunan əmlakı zərərçəkənlərdən yalnız Akif Qurbanova dəyən ziyanın ödənilməsinə yönəldiləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler