» » 33 il həbsdə yatmış kriminal avtoritet saxlanıldı

33 il həbsdə yatmış kriminal avtoritet saxlanıldı

Bölmə: Kriminal
33 il həbsdə yatmış kriminal avtoritet saxlanıldı
"Razboynik” ləqəbli kriminal avtoritet narkotik tərkibli çətənə kollarını əkib-becərdiyinə görə saxlanılıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, M.F.Axundov küçəsi, 35 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Səmədov İlham Ramazan oğlu adı çəkilən ünvanda 9 ədəd narkotik vasitə olan çətənə kollarını qanunsuz əkib-becərdiyinə və aqrotexniki qaydada qulluq göstərdiyinə görə saxlanılıb.

Qeyd olunur ki, kriminal aləmdə “razboynik” ləqəbi ilə tanınan İ.Səmədov əvvəllər dəfələrlə oğurluq, quldurluq, adam güllələmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra ağır cinayətlərdə ittiham olunaraq üst-üstə 33 ilə qədər həbsdə olub.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

33 il həbsdə yatmış kriminal avtoritet saxlanıldı
33 il həbsdə yatmış kriminal avtoritet saxlanıldı
33 il həbsdə yatmış kriminal avtoritet saxlanıldı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler