» » 6 kişi otlaqda 12 yaşlı uşağı dəfələrlə zorladı, videoya çəkdi - Samuxda dəhşət

6 kişi otlaqda 12 yaşlı uşağı dəfələrlə zorladı, videoya çəkdi - Samuxda dəhşət

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
6 kişi otlaqda 12 yaşlı uşağı dəfələrlə zorladı, videoya çəkdi - Samuxda dəhşət
Samux rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Sənan Bağırov və onun həmyaşıdı Murad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xalqinfo.az xəbər verir ki, Sənan Bağırov həbs olunana kimi Gəncə şəhəri, 2 saylı peşə liseyinin şagirdi olub. O, 2015-ci ilin iyunun 10-11 tarixlərindən birində 2005-ci il təvəllüdlü Sadiq Səlimova (ad və soyad şərti verilib – red.) təcavüz edib.

Otlaq sahəsində zorakılıq

Həmin gün saat 18 radələrində Sadiq Səlimov Samux rayonu, Kəsəmən kənd ərazisindəki otlaq sahəsində iri və xırdabuynuzlu heyvanlarıni otarırmış.

Bu zaman ora Sənan Bağırov gəlib. O, Sadiq Səlimova cinsi əlaqədə olmağı təklif edib. Lakin 12 yaşlı oğlan Sənan Bağırovun bu təklifini rədd edib.

12 yaşlı oğlana təcavüz

Sənan Bağırov Sadiq Səlimovu yerə yıxaraq döyüb və daha sonra onun əllərini saman kəndirilə bağlayıb. Onu otlaq sahəsinin yaxınlığında “qarğılıq” adlanan yerə aparıb.

Orada Sənan Bağırov Sadiqin köməksiz vəziyyətindən istifadə edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, daha sonra 12 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

Vatsapda şantaj

Sənan Bağırov Sadiq Səlimova etdiyi zorakılıq hərəkətlərini videoya çəkib. Həmin video çəkilişi Vatsap vasitəsilə Murad Həsənova göndərib.

Murad Həsənov da həmin çəkilişi Sadiq Səlimova göstərib və onunla da cinsi əlaqədə olmayacağı təqdirdə həmin video çəkilişi sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Bu hədələrlə Murad Həsənov Sadiq Səlimovla qeyri-təbii yolla cinsi əlaqədə olub. 12 yaşlı Sadiq Səlimov baş verən hadisəni valideynlərinə danışıb. Onun valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Sənan Bağırov və Murad Həsənov həbs edilib.

Bundan başqa, Sənan Bağırov və Murad Həsənov həmin kəndin sakini Elçin Əliyevə qarşı da seksual xarakterli hərəkətlər ediblər. O, həmin hərəkətləri video çəkiliş edib və sonra dəfələrlə onunla cinsi əlaqədə olub.

Zorlama ittihamı

Sənan Bağırov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Sənan Bağırov özünü təqsirli bilməyib. O bildirib ki, Sadiq Səlimova qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməyib.
Azyaşlıya qarşı daha kimlər zorakılıq edib?

Zərərçəkmiş Sadiq Səlimov ifadəsində deyib ki, mal-qara otaran zaman Sənan Bağırov onun yanına gəlib və ona zorakılıq edib. O, həmçinin bildirib ki, Sənan Bağırov bu hərəkətlərini videoya çəkib və “WhatsApp” vasitəsilə yayıb.

Azyaşlılara təcavüz edən kimlər cəza aldı?

Zərərçəkmiş qeyd edib ki, kənd sakinləri – Zəfər Həsənov, Pərviz Məmmədov, Alsu Vəliyev, Bəhrəm Vəliyev, Səfa Vəliyev və Şükran Əhmədov da ona qarşı zorakı hərəkətləri edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Bağırov və Murad Həsənovun hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Sənan Bağırov və Murad Həsənovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində müdafiə etdikləri şəxslərin günahsız olduqlarını deyiblər.

Həmçinin bildirilib ki, zərərçəkmiş tərəf bir qrup şəxsin cinayəti törətdiyini qeyd etsə də, yalnız bu işdə iki nəfər – Sənan Bağırov və Murad Həsənov məsuliyyətə cəlb olunublar.

Vəkillər müdafiə etdikləri şəxslərin barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər. Onların şikayətləri araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə bu şikayətin araşdırma mərhələsi başlanacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler