» » Bakıda 36 yaşlı kişi “BMW”sində öldürüldü

Bakıda 36 yaşlı kişi “BMW”sində öldürüldü

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda 36 yaşlı kişi “BMW”sində öldürüldü
Bakıda 36 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib.

Xalqinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Təbriz küçəsi 57 ünvanında, 4 nömrəli Şəhər Poliknikasının qarşısında 90 SD 055 dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobildə sürücü, 1981-ci il təvəllüdlü Tapdıqov Elçin İdris oğlu bıçaqlanaraq çoxlu qan itirib.

O, 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, yolda dünyasını dəyişib. E. Tapdıqovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov Rayon Şöbəsinə təhvil verilib. Meyit üzərində müayinə zamanı məlum olub ki, o ayaq nahiyyəsindən dərinə nüfuz edən bir neçə bıçaq xəsarəti alıb. Bundan başqa onun hər iki əli bıçaqla kəsilib.

E.Tapdıqovun qardaşları Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarına onun öz qohumu tərəfindən qətlə yetirildiyini bildirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin axtarışına başlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler