» » Mirtalib Miri oğlu yaşıllıqları məhv etdiyinə görə cəzalandırılacaq

Mirtalib Miri oğlu yaşıllıqları məhv etdiyinə görə cəzalandırılacaq

Bölmə: Kriminal
Mirtalib Miri oğlu yaşıllıqları məhv etdiyinə görə cəzalandırılacaq

Qanlı olayların məskəninə çevrilən restoranın fəaliyyətinə niyə son qoyulmur?
Məlum olduğu kimi, keçən ay Bakının məşhur "Oazis" restoranında bir neçə nəfərin ağır bədən xəsarətləri alması ilə nəticələnən qanlı dava baş verdi. İctimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən münaqişə zamanı Bakı şəhər sakini Zaur Əsgərov və başqaları bədən xəsarətləri alıb. Fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülmüş, çoxsaylı şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb. Qeyd edək ki, həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ravid Yusif oğlu Abdullayev, restoranda mühafizəçi işləyən Camal Mahir oğlu Məmmədov və ofisiant Kənan Mehman oğlu Adıgözəlov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onu da bildirək ki, hadisə baş verəndən bir neçə gün sonra dava edən tərəflər arasında barışıq əldə olundu. Bu qədər söz-söhbətdən sonra tərəflərin barışması başadüşülən hal deyildi. Ən azından ortada mənəvi dəyərlərlə bağlı olan məsələ var idi. "Oazis"dəki qanlı olayda ən diqqət çəkən məqam restoranın sahibi Mirtalib Miri ilə bağlı oldu. Belə ki, davada iştirak etdiyi deyilən restoranın sahibi cinayət məsuliyyətinə cəlb edilmədi. Əslində isə restoran sahibi olaraq hamıdan öncə o istintaqda dindirilməli idi. Lakin iş adamı bizə məlum olmayan vasitələrə əl ataraq məsuliyyətdən yaxa qurtarmağı bacardı. Cinayət işinin istintaqını aparan aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları bu məsələdə bir qədər qeyri-peşəkarlıq göstərdilər. Belə ki, Mirtalib Miri oğlunu istintaqa cəlb etməyən hüquq-mühafizə orqanlarının əməkdaşları "Oazis"də buna bənzər hadisələrin yenidən qeydə alınmasına sanki "yaşıl işıq" yandırdılar. Restoranda növbəti "razborka" və qanlı hadisələrin təkrarlanmayacağına heç kim zəmanət verə bilməz. Yadınızdadırsa, bir neçə gün əvvəl restoranın yerləşdiyi Şövkət Məmmədova küçəsinin sakinləri "Gündəlik Bakı" qəzetinin vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək ondan kömək istəmişdilər. Daha doğrusu, vətəndaşlar şəhər merindən "Oazis"in sökülməsini xahiş etmişdilər. Çünki onların bildirdiyinə görə, restoranın sənədləri qaydasında deyil və "Oazis" minlərlə ağacın məhv edilməsi hesabına tikilib. Ki, bu da yolverilməzdir. Bildiyimiz kimi, ölkə prezidenti cənab İlham Əliyev yaşıllıqların qorunması, həmçinin sayının artırılması məqsədilə mühüm işlər həyata keçirir. Əgər kimlərsə, konkret olaraq Mirtalib Miri oğlu buna önəm verməyib ağacları kəsirsə, o zaman qanunauyğun şəkildə cəzasını almalıdır. Başa düşürük, dövlət sahibkarlığın inkişafına və sahibkarların sərbəst fəaliyyət göstərməsinə hər cür şərait yaradıb. Amma bu o demək deyil ki, biznes fəaliyyəti ilə məşğul olan şəxslər yaşıllıqları məhv etməlidir. Bu Mirtalib müəllimə də aiddir. Ona ağacları kəsib-doğramağa heç kim ixtiyar verməyib. Təəssüf ki, nə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, nə də digər dövlət qurumlarının rəsmiləri vətəndaşları narahat edən məsələyə münasibət bildirdilər. Bu isə o deməkdir ki, Mirtalib Miri oğlu əlaqədar dövlət qurumlarının rəhbər şəxslərini nəyinsə qarşılığında ələ almağı bacarıb, ya da onun arxasında hansısa yüksək rütbəli məmur dayanıb. İnanırıq ki, "razborka"ların, kriminal hadisələrin məskəninə çevrilən "Oazis"in fəaliyyətinə gec-tez son qoyulacaq və Mirtalib Miri oğlu törətdiyi əməllərə görə qanun qarşısında cavab verməli olacaq.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Saytların, xəbər portallarının, qəzetlərin nəzərinə: - "Gündəlik Bakı" qəzetində dərc olunan yazılardan öz çirkin məqsədləri üçün istifadə edənlər şərəfsizdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler