» » Bakıda həbs edilən erməni hökmdən şikayət verib

Bakıda həbs edilən erməni hökmdən şikayət verib

Bölmə: Kriminal
Bakıda həbs edilən erməni hökmdən şikayət verib
Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, ilkin baxış iclası iyunun 23-nə təyin edilib. İclas Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qaaımovun sədrliyi ilə keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler