» » “Ailə TV”yə silahlı basqınla bağlı -

“Ailə TV”yə silahlı basqınla bağlı - Rəsmi məlumat

Bölmə: Kriminal
“Ailə TV”yə silahlı basqınla bağlı -
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluq “Ailə TV” kabel televiziyasının ofisinə basqınla bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb.

Belə ki, 15 mart 2017-ci il tarixdə saat 01 radələrində Xətai rayonu ərazisində yerləşən “Ailə” şirkətinin inzibati binasına naməlum şəxslərin daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçmaları faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfərdən biri, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Süleymanov Kamran Sahib oğlu martın 21-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler