» » Bakıda yol polisini vurmaq istəyən avtoş tutuldu

Bakıda yol polisini vurmaq istəyən avtoş tutuldu

Bölmə: Kriminal
Bakıda yol polisini vurmaq istəyən avtoş tutuldu
Bakıda daha bir avtoxuliqan həbs edilib.

Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, "Opel" markalı, 90 BE 701 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 25 yaşlı Şirinbəyli Murad Fəxrəddin oğlu iyunun 9-da saxlanılıb. Bundan əvvəl isə aprelin 28-də avtoşluq edən sürücü qaçmağı bacarıb. O, eyni əməli iyunun 3-də də təkrar edib, sonuncu dəfə isə qaçmağa maca tapmadığı üçün maşını onu saxlayan yol polislərinin üstünə sürüb.

Yol polisləri tərəfindən saxlanılan sürücü Yasamal rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası ilə cəzalandırlıb. O, Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə aparılıb.

Məhkəmə Murad Şirinbəylini 1 il müddətinə sürücülük hüququndan da məhrum edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler