» » Nazirin qardaşı məhkəməyə gətirilsin! –

Nazirin qardaşı məhkəməyə gətirilsin! – TƏLƏB

Bölmə: Kriminal
Nazirin qardaşı məhkəməyə gətirilsin! –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Xalqinfo.az xəbər verir ki, təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun verdiyi məlumata görə, zərərçəkmiş şəxs bu dəfə də məhkəmə prosesinə qatılmayıb: “Əlikram Camalov həm keçən dəfə, həm də bu dəfə məhkəməyə qatılmadı. Mən buna etiraz edərək onun proseslərdə şəxən iştirak etməsinin təmin edilməsi barədə vəsatət qaldırdım. Vəsatət təmin edildi. Hakim elan etdi ki, növbəti iclasda Ə.Camalovun məhkəmədə iştirak edərək ifadə verməsi təmin ediləcək”.

Vəkil hüquqlarını müdafiə etdiyi təqsirləndirilən Samir Nəbiyevin məhkəmə istintaqı zamanı ifadə verərkən özünü təqsirli bilmədiyini deyir: “Əgər təqsirləndirilən şəxs özünü təqsirli bilmirsə, ilk olaraq zərərçəkmişlər dindirilməlidir. Qarşı tərəf məhkəməyə gəlmədiyi halda bu mümkün olmadığı üçün Samir Nəbiyevin də dindirilməsi düzgün deyil”.

Samir Nəbiyev ifadə verməkdən imtina edib.

Növbəti məhkəmə iclası 23 iyuna təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Samir Nəbiyevin himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınaraq həbs edilməyib. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
İttihama görə, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməsini istəyib, əvəzində isə qazancı yarı böləcəyini vəd edib. Təkliflə razılaşan Ə.Camalov ona iki dəfəyə 21 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək geri qaytarmayıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler