» » QMİ “Seyid vəsiqəsi” verən qazıya cəza verdi

QMİ “Seyid vəsiqəsi” verən qazıya cəza verdi

Bölmə: Kriminal, Din
QMİ “Seyid vəsiqəsi” verən qazıya cəza verdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun “Seyid vəsiqəsi” verməsi faktı ilə bağlı tədbir görülüb.

Xalqinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu məsələ Komitə və QMİ tərəfindən birgə araşdırılıb.

Onun sözlərinə görə, həmin qazıya töhmət elan olunub, xəbərdarlıq edilib: “QMİ onun yaşlı olmasını, din sahəsində fəaliyyətini nəzərə alıb, töhmət verməklə kifayətlənib. Təbii ki, bu yolverilməz haldır və həmin şəxs özü də bundan peşman olduğunu bildirib”.

Qeyd edək ki, sosial şəbəkələrdə QMİ qazısı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna “Seyid Ağa” vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosunun yayılması geniş müzakirələrə səbəb olub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler