» » Lənkəranda evə basqın edildi:

Lənkəranda evə basqın edildi: ölən var

Bölmə: Kriminal
Lənkəranda evə basqın edildi:
Lənkəranda naməlum şəxslər evə basqın edib, qadın qətlə yetirilib, qızı yaralanıb.

APA-nın məlumatına görə, hadisə gecə saatlarında Liman şəhərində qeydə alınıb. Liman şəhər sakinləri 63 yaşlı Nəcəfova Arifə Əsəd qızı və 40 yaşlı Nəcəfova İlahə Təvəkkül qızı çoxsaylı bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyata götürülən Arifə Nəcəfova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Hazırda İlahə Nəcəfovanın əməliyyatı davam etdirilir.

Hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler