» » Dibçəkdə narkotik becərən şəxs saxlanılıb

Dibçəkdə narkotik becərən şəxs saxlanılıb

Bölmə: Kriminal
Dibçəkdə narkotik becərən şəxs saxlanılıb
Şəmkir rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kür qəsəbə sakini, 41 yaşlı Eldəniz Tağıyev saxlanılıb.

Xalqinfo.az ARB TV-yə istinadla xəbər verir ki, həmin şəxsin yaşadığı fərdi yaşayış evinə baxış zamanı oradan hündürlüyü 25-85 santimetr aralığında olan 108 ədəd ümumi çəkisi 2 kiloqrama yaxın narkotik tərkibli bitkilər aşkarlanıb. Bundan başqa, Tağıyevin evində istifadə üçün hazır olan qurudulmuş marixuana və çətənə kollarının toxumu da müəyyən edilib.

Saxlanılan şəxs dibçəklərdə və digər xırda tutumlu qablarda xüsusi aqrotexniki qaydada əkdiyi narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib. Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Eldəniz Tağıyev Kür qırağında topladığı toxumların yüksək keyfiyyətə malik olmasını gizlətməyib.

“Kür qırağından tapmışdım. Çəkdim, gördüm yaxşıdır. Toxumlarını saxladım ki, axtarmağa vaxt itirməyim. Vedrələrdə, həyətimdə əkdim. Kəsib istifadə edirdim”, - deyə saxlanılan şəxs bildirib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler