» » Göyçayda sürücünü cərəyan vurdu

Göyçayda sürücünü cərəyan vurdu

Bölmə: Kriminal
Göyçayda sürücünü cərəyan vurdu
Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Xalqinfo.az APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində rayonun Potu kəndi ərazisində qeydə alınıb.

Göyçay şəhər sakini, 1980-ci il təvəllüdlü Əsgərov Fuad Allahverdi oğlu idarə etdiyi 20 BF 131 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobilini yüksək gərginlikli elektrik xəttinin altında saxlayıb. O, elektrik naqilinin avtomobilin ban hissəsinə toxunmasından xəbərsiz olub. Fuad Əsgərov avtomobilin yük yerinin dəmir qapısını açmaq istəyərkən avtomobilə keçən cərəyan onu vurub. O, aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler