» » Arvadını öldürüb yandıran polisə cəza verildi - 20 il

Arvadını öldürüb yandıran polisə cəza verildi - 20 il

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Arvadını öldürüb yandıran polisə cəza verildi - 20 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadınə öldürüb sonra yandırmaqda təqsirləndirilən, polis əməkdaşı Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Xalqinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə S.Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 10 ilini qapalı tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, DİN-in sabiq əməkdaşı S.Əliyev 2015-ci ildə boşandığı həyat yoldaşı Natəvan Əliyevanı öldürərək yandırmaqda təqsirləndirilir. N.Əliyevanın yanmış meyiti avtomobilində Bakı-Quba yolunda tapılıb. O, xəstəxanaların birində həkim işləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler