» » Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurub

Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurub

Bölmə: Kriminal
Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurub
Ötən gecə Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xalqinfo.az Report-a istinadla xəbərinə görə, Sulutəpə qəsəbəsində 1958-ci il təvəllüdlü Ağayev Əlizadə Mirağa oğlu qardaşı ilə mübahisə edib.

Əlbəyaxa dava zamanı qardaşı Ə.Ağayevə qarnının ön divarına və döş qəfəsinə 9 bıçaq zərbəsi vurub. Xəsarət alan şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler