» » Tanınmış alimin oğlunun məhkəməsi başladı

Tanınmış alimin oğlunun məhkəməsi başladı

Bölmə: Kriminal
Tanınmış alimin oğlunun məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Report-un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə iclasında zərərçəkmişlərdən biri Nailə Nəsirova 40 min manat məbləğində zərər dəyidiyini bildirib. O, zərərin ödənilməsini tələb edərək, növbəti məhkəmə iclasında mülki iddia qaldıracaqlarını söyləyib.

Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.

İttiham aktına əsasən, “İG Academy” xaricdə təhsil şirkətinin rəhbəri olmuş E.Quliyev vətəndaşlardan külli miqdarda pul alaraq, onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib. Cinayət işində 6 zərərçəkmiş var. O, 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

E.Quliyev ötən ilin iyul ayının 12-də zərərçəkmiş Nailə Əkbər qızı Nəsirovanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) BAŞ Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

E.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, E.Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler