» » Zaqatalada ağır qəza:

Zaqatalada ağır qəza: Ailənin dörd üzvü yaralanıb

Bölmə: Kriminal
Zaqatalada ağır qəza:
Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin dörd üzvü yaralanıb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAz” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü il təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci il təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler