» » Sərxoş kişi Bakı polisini ayağa qaldırdı

Sərxoş kişi Bakı polisini ayağa qaldırdı

Bölmə: Kriminal
Sərxoş kişi Bakı polisini ayağa qaldırdı
Bakıda maraqlı hadisə baş verib.

Lent.az xəbər verir ki, Sabunçu rayon Zabrat qəsəbə Şirvan küçəsində yaşayan Faiq Babayev (ad şərtidir) gecə saatlarında Daxili İşlər Nazirliyinin 102 – Qaynar Xəttinə müraciət edib. O bildirib ki, avtomobilini Qaraçuxur qəsəbəsindəki kafenin qarşısında saxlayıb. Daha sonra kafedən çıxdıqda isə maşının qaçırıldığını görüb. Dərhal polis əməkdaşları axtarışlara başlayıb. Bir neçə saat sonra həmin şəxs yenidən polisə zəng edərək üzrxahlıq edib və maşını evinin həyətində saxlayıb kafeyə getdiyini deyib.

Məlum olub ki, F.Babayev polisə müraciət edərkən sərxoş vəziyyətdə olub. Araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler