» » DTX və Polis İdarəsindən əməliyyat - Hesabından pul oğurlayan tutuldu

DTX və Polis İdarəsindən əməliyyat - Hesabından pul oğurlayan tutuldu

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
DTX və Polis İdarəsindən əməliyyat - Hesabından pul oğurlayan tutuldu
Bakıda vətəndaşın bank kartından internet üzərindən pul oğurlayan şəxs saxlanılıb.

Xalqinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək "Kapital Bank"dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler