» » Qıza görə dostunu öldürənə 9 il cəza -

Qıza görə dostunu öldürənə 9 il cəza - Foto

Bölmə: Kriminal
Qıza görə dostunu öldürənə 9 il cəza -

Bakı Ağır Cinayətlər Məhkəməsində Zəngilan rayon sakini Natiq Hüseynovun Cinayət Məcələssinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.


"Xalqinfo.az" Qafqazinfo istinadən xəbər verir ki, 2013-cü il sentyabrın 14-ü axşam saat 19 radələrində Sabunçu qəsəbəsində Natiq Hüseynov məhəllə dostu 26 yaşlı Elmir Quluzadə ilə N.Məlikov küçəsi, 48-də yerləşən kafeyə gediblər.

Pivə içərkən ümumi tanışlarının bacısından söz düşüb, qızın qardaşının öz dostu ilə görüşüb-görüşmədiyi barədə aralarında mübahisə düşüb. Münaqişəni aydınaşdırmaq üçün 67 saylı məktəbin yanına yollanıblar, dava vaxtı Natiq cib bıçağı ilə Elmirin sinə və qarın nahiyəllərinə ümumilikdə 4 zərbə endirib.

Zərərçəkən 3 saylı kliniki xəstəxanada kəskin qan itirmədən vəfat edib, Hüseynov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Məhkəmə prosesində Natiq Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və əməlindən peşman olmadığını qeyd edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını cəza-çəkmə müəssəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler