» » Azərbaycan islamçılarının lideri qapalı həbsxanaya köçürülür

Azərbaycan islamçılarının lideri qapalı həbsxanaya köçürülür

Bölmə: Kriminal, GÜNDƏM
Azərbaycan islamçılarının lideri qapalı həbsxanaya köçürülür
Bu gün Qaradağ Rayon Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı təqdimata baxılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə APA-ya vəkil Yalçın İmanov məlumat verib.

Onun sözlərinə görə, hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Məhkəmə təqdimatı təmin edib və M. Səmodov 3 il müddətinə qapalı rejimli həbsxanaya köçürüləcək.

Qeyd edək ki ki, 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov Qaradağ Rayon Məhkəməsinə təqdimat verərək bildirib ki, İslam Partiyasının sədri Mövsüm Səmədov həbsxanada islaholunmaz məhkumdur, məhkumlar arasında radikal dini söhbətlər, təbliğat aparır.

Rəis təqdimatında Mövsüm Səmədovun 3 il müddətinə Qobustandakı qapalı rejimli həbsxanaya göndərilməsini istəyib.

Xatırladaq ki, M. Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhddə və qanunsuz silah saxlamaqda təqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler