» » Nazir qardaşının pulunu mənimsəyən şəxsin məhkəməsi olub

Nazir qardaşının pulunu mənimsəyən şəxsin məhkəməsi olub

Bölmə: Kriminal
Nazir qardaşının pulunu mənimsəyən şəxsin məhkəməsi olub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xalqinfo.az xəbər verir ki, təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun verdiyi məlumata görə, zərərçəkmiş şəxs məhkəmə prosesinə qatılmayıb.

Prosesdə ilkin hazırlıq iclası baş tutub. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti məhkəmə 21 iyuna təyin olunub.

Təqsirləndirilən Samir Nəbiyevin himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınaraq həbs edilməyib. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

İttihama görə, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməsini istəyib, əvəzində isə qazancı yarı böləcəyini vəd edib. Təklifə razılaşan Ə.Camalov ona iki dəfəyə 21 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək geri qaytarmayıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler