» » Fikrət Fərəməzoğluna hökm oxundu

Fikrət Fərəməzoğluna hökm oxundu

Bölmə: Kriminal
Fikrət Fərəməzoğluna hökm oxundu
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Jam.az” saytının baş redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlu) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Xalqinfo.az Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Fikrət Fərəməzoğlu son sözlə çıxış edib.

O, çıxışında heç bir günahının olmadığını deyib: "Məhkəmədə mənə verilən ittihamlar sübuta yetirilmədi. Ona görə barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm".

Hakimlər kollegiyasının hökmü ilə Fikrət Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler