» » “Pul lazım oldu, evə girdim...” -

“Pul lazım oldu, evə girdim...” - 18 il iş aldı

Bölmə: Kriminal
“Pul lazım oldu, evə girdim...” -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Xalqinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hökm oxundu.

Məhkəmə kollegiyasının hökmü ilə R.Xalıqov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən iclasda çıxış edərək R.Xalıqov hadisəni necə və niyə törətdiyini danışıb: "Pul lazım olduğu üçün evə girdim. Sahibi qabağıma çıxdı. Onun başına iki dəfə çəkiclə vurdum. Evdən 200 manat pul və maaş kartı götürdüm".

R.Xalıqov peşman olduğunu deyib.

Qeyd edək ki, hadisə 2016-cı il iyunun 28-də Lökbatan qəsəbəsində baş verib. Viktor Lituxinin evində çürümüş meyiti tapılıb.

Qətli törədən R.Xalıqov əvvəllər cinayət törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler