» » "Prado" çaya aşdı: yaralılar var -

"Prado" çaya aşdı: yaralılar var - QUBADA

Bölmə: Kriminal
"Prado" çaya aşdı: yaralılar var -
Quba-Xınalıq yolunun Minarə adlanan hissəsində "Toyota Prado" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək çaya aşıb.

Xalqinfo.az report-a istinadən xəbər verir ki, nəticədə avtomobildə olan 3 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyəti ağır olduğundan o, Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər maşında olan sərnişin - 2002-ci il təvəllüdlü, Qubanın Kələnov kənd sakini Babayeva Zeynəb Nəcməddin qızına onurğa sütununun sınığı diaqnozu qpyublar. Avtomobildə olan digər iki nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler