» » Xaçmazda polis əməkdaşları qəzaya düşüblər

Xaçmazda polis əməkdaşları qəzaya düşüblər

Bölmə: Kriminal
Xaçmazda polis əməkdaşları qəzaya düşüblər
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Xalqinfo.az APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz Dövlət Yol Polisi Bölməsinin (DYPB) idarə etdiyi BMW markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlar Xaçmaz DYPB-nin əməkdaşları Quba rayon sakinləri 1993-cü il təvəllüdlü Hökmdar Almazov, 1992-ci il təvəllüdlü Rüstəm Həmidov və Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Fəqan Babayevdir.

Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler