» » Polis külli miqdarda narkotik müsadirə etdi

Polis külli miqdarda narkotik müsadirə etdi

Bölmə: Kriminal
Polis külli miqdarda narkotik müsadirə etdi
İyunun 9-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayonu ərazisindəki stasionar postunda "Opel" markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Posta yaxınlaşan sürücünün əlindəki bükülünü avtomaşının açıq pəncərəsindən yolun kənarına atdığı diqqətdən yayınmayıb. Bu, yol polisi əməkdaşlarında şübhə doğurduğundan bu barədə dərhal Hacıqabul Rayon Polis Şöbəsinə məlumat verilib.

Xalqinfo.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, sənədlər yoxlanılan müddətdə əməliyyat-istintaq qrupu hadisə yerinə gəlib. Hadisə yerinə baxış keçirilərkən sürücünün yol kənarına atdığı, içərisində bükülülər olan bağlama tapılaraq götürülüb və ekspertizaya təqdim olunub. Ekspertiza həmin bağlamadakının ümumi çəkisi 1,574 qram narkotik vasitə olan heroin olması barədə rəy verib.

Hacıqabul RPŞ-yə gətirilən həmin şəxsin Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Ağamalıyev olduğu müəyyən edilib. Ona məxsus avtomobilə baxış keçirilərkən saxlanc yerindən əlavə olaraq 1 kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler