» » Şairin qardaşını bıçaqladılar

Şairin qardaşını bıçaqladılar

Bölmə: Kriminal, Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Şairin qardaşını bıçaqladılar
Tanınmış şair Faiq Balabəylinin qardaşı Rəfael Səfərov bıçaqlanıb.

Xalqinfo.az xəbər verir ki, bu haqda axar.az-a məlumat verən Faiq Balabəylinin sözlərinə görə, hadisə Cəlilabad rayonunun Sabirabad kəndində baş verib.

Həmkəndlisi, 41 yaşlı Akif Kərəm oğlu Heydərov gecə 23:30 radələrində 43 yaşlı Rəfael Ağaş oğlu Səfərovu evindən çağıraraq, ondan çayxana işlətdiyinə və fermer təsərrüfatı olduğuna görə aylıq haqq tələb edib. R.Səfərov etiraz edəndə isə iki bıçaq zərbəsi endirib.

R.Səfərov gecə ilə Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyata qaldırılan R.Səfərovun dalağı götürülüb.

R.Səfərovun vəziyyəti hazırda ağır-stabildir.

F.Balabəylinin sözlərinə görə, gecə ilə həbs olunan A.Heydərov bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Cəlilabad polisi faktla bağlı araşdırma aparır.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler