» » Oğul ata-ananı öldürüb tövlədə gizlətdi - Azərbaycanda dəhşət + Yeniləndi

Oğul ata-ananı öldürüb tövlədə gizlətdi - Azərbaycanda dəhşət + Yeniləndi

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Oğul ata-ananı öldürüb tövlədə gizlətdi - Azərbaycanda dəhşət + Yeniləndi
Masallıda törədilən ağır qətlin bəzi təfərrüatları məlum olub.

Xalqinfo.az xəbər verir ki, ata və anasını qətlə yetirən Azər Ağayev sonradan Masallı rayon Polis şöbəsinə gələrək ata və anasının dörd gün əvvəl itkin düşdüyünü bildirib. Amma hüquq-mühafizə orqanları əməkdaşları A.Ağayevdən şübhələnərək onu istintaqa cəlb ediblər. İlkin araşdırma zamanı məlum olub ki, o, ata-anasını həyat yoldaşı Ağayeva Asudə ilə əlbir olaraq qətlə yetirib. Bundan sonra qətli törədən ər-arvad saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

20:59

Masallıda dəhşətli qətl hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Miyenkü kəndində qeydə alınıb. Kənd sakini Ağayev Azər atası Ağayev Etibar Qiyas oğlu və anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.

İlkin məlumata görə, valideynlərini öldürən E.Ağayev onların meyitlərini tövlədə gizlədib.

Hadisənin təfərrüatı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler