» » İki uşağını və arvadını niyə öldürdü? - Tükürpədici qətlin təfərrüatı

İki uşağını və arvadını niyə öldürdü? - Tükürpədici qətlin təfərrüatı

Bölmə: Kriminal, MANŞET
İki uşağını və arvadını niyə öldürdü? - Tükürpədici qətlin təfərrüatı
Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

"Xalqinfo" “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin ərazisində baş verib.

Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürüb.

Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər.

***

Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.

“Report” xəbər verir ki, o, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.

***

Mingəçevirdə 57 yaşlı kişi tərəfindən törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az xəbər verir ki, Nəsimi küçəsindəki mənzildə həyat yoldaşı 37 yaşlı Aynurə Abbasovanı və iki uşağını amansızlıqla öldürən Lazım Hüseynov ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini deyib.

Araşdırmalar nəticəsində məlum olub ki, 57 yaşlı L.Hüseynov işdən bir qədər gec gəldiyi üçün həyat yoldaşı ilə dalaşıb, sonra isə avtomatla onu güllələyərək öldürüb. Hadisə 7 yaşlı Hüseynlə, 5 yaşlı Mədinənin gözləri qarşısında baş verib. Uşaqların qışqırdığını görən Lazım Hüseynov daha sonra onları bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, L.Hüseynov müharibə iştirakçısıdır. O, daha əvvəl məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Mingəçevir Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler