» » Kişi arvadını və 2 uşağını öldürdü - Azərbaycanda dəhşət

Kişi arvadını və 2 uşağını öldürdü - Azərbaycanda dəhşət

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Kişi arvadını və 2 uşağını öldürdü - Azərbaycanda dəhşət

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

"Xalqinfo" “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin ərazisində baş verib.

Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürüb.

Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər.

***

Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.

“Report” xəbər verir ki, o, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler