» » Əməkdar artistin oğlu sükan arxasında öldü

Əməkdar artistin oğlu sükan arxasında öldü

Bölmə: Kriminal, Mədəniyyət
Əməkdar artistin oğlu sükan arxasında öldü
Əməkdar artist, Gəncə Dövlət Teatrının aktyoru Salam İsmayılın oğlu faciəvi şəkildə dünyasını dəyişib.

Xalqinfo.az xəbər verir ki, bu barədə yeniçağ.az-a aktyorun həmkarı və yaxın dostu, əməkdar artist Novruz Cəfərov xəbər verib:

"Oğlunu itirməklə Salamın beli büküldü. Özü də elə faciəli ölümü Allah heç bir ataya göstərməsin. Azər cavan idi, amma səhhətində müəyyən problemlər vardı. Taksi sürücüsü kimi fəaliyyət göstərirdi. İşıqforun qırmızı işığında dayanıb, yaşıl işıq yanıb, maşını yerindən tərpənməyib. Ətrafdakılar siqnal versələr də, xeyri olmayıb. Gəlib baxıblar ki, yazıq keçinib. Ürəyindən idi. İki azyaşlı övladını qoca atasının ümidinə qoyub getdi".

Qeyd edək ki, S.İsmayıl "Yük", "Cavadxan", "Koroğlu" və digər filmlərdə də rol alıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler