Paytaxtda qadınlara hücum edən şəxs saxlanıldı -Bölmə: Kriminal
Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən quldurluq cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Xalqinfo.az DİN-ə istinadən xəbər verir ki, iyunun 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb. Nəsimi Rayon Polis İdarəsi (RPİ) və ərazidə olan Əlahiddə Çevik Polis Alayının (ƏÇPA) əməkdaşlarının operativ şəkildə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alı Tağıyev hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin həmin gün Nəsimi rayonu ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək onun qızıl qoyunbığısını quldurluq yolu ilə ələ keçirdiyi də məlum olub. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsinə A.Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə 3 quldurluq və 2 soyğunçuluq cinayəti törətdiyi də məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər. Leyla Həsənova |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|