» » Telefon zəngi ölümünə səbəb oldu

Telefon zəngi ölümünə səbəb oldu

Bölmə: Kriminal
Telefon zəngi ölümünə səbəb oldu
Qusarın Yeni həyat kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Xalqinfo.az Report.az-a istinadən xəbər verir ki, 53 yaşlı kənd sakini İman Mehdiyeviç Cəbrayılov yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsində təmir işləri aparan zaman yıxılaraq dünyasını dəyişib.
İman Cəbrayılovun yıxılmasına ona gələn telefon zəngi səbəb olub. Mərhum telefonu götürən zaman üzərinə çıxdığı taxta dayaq ayağının altında qaçıb və o, yerə yıxılıb. Onun yanında olan həmkəndlisi, 55 yaşlı Balamət Cavid oğlu Balabəyov isə yüngül xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Balamət Balabəyov polisə ifadəsində günorta nahar fasiləsində İman Cəbrayılovla 1 şüşə spirtli içki qəbul etdiklərini bildirib.
Qusar Rayon Prokurorluğu faktın araşdırılmasına başlayıb. Mərhumun içkili olub-olmaması ekspertizanın rəyindən sonra məlum olacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler