» » Sarıcalıda “KaMAZ”la “ZİL” toqquşdu -

Sarıcalıda “KaMAZ”la “ZİL” toqquşdu - Yaralananlar var

Bölmə: Kriminal
Sarıcalıda “KaMAZ”la “ZİL” toqquşdu -
Tərtər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Düyrəli kənd sakini, 1995-ci il təvəllüdlü Pənahlı Fərid Vidadi oğlunun idarə etdiyi "KaMAZ" markalı yük maşını ilə Ağdam rayon sakini, 1958-ci il təvəllüdlü Sarıyev Rizvan Sarı oğlunun idarə etdiyi "Zil" yük avtomobili toquşub. Nəticədə "Zil" yoldan cıxaraq aşıb, "KaMAZ" isə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılardan biri – Rizvan Sarıyev Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər yaralı F.Pənahlı isə xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler