» » Bakıda dəhşət: ər arvadını 8 ay qapalı otağa zəncirləyib

Bakıda dəhşət: ər arvadını 8 ay qapalı otağa zəncirləyib

Bölmə: Kriminal
Bakıda dəhşət: ər arvadını 8 ay qapalı otağa zəncirləyib


Bakıda baş vermiş dəhşətli cinayət əməli ilə bağlı polisə müraciət daxil olub.

Belə ki, Səbayel rayonu Nemanzadə küçəsi (20-ci sahə adlanan ərazidə yerləşir) küçəsində yaşayan 1980-ci il təvəllüdlü Almazova Fidan Veyis qızı (adlar şərtidir) saat 00:15 radələrində Səbayel RPİ 8-ci polis bölməsinə gəlib.
Qadın bildirib ki, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Almazov Rafael Ramazan oğlu (adlar şərtidir) uzun müddətdir ki, ona dəhşətli işgəncələr verir. Belə ki, 34 yaşlı qadın qeyd edib ki, bu ilin yanvar ayında həyat yoldaşı onu vəhşicəsinə döyərək qolunu sındırıb. Daha sonra o, qadını 8 ay müddətində qapalı otaqda zəncirlənmiş formada saxlayıb və onu dəfələrlə döyüb, digər alçaldıcı hərəkətlər edib.
F.Almazova qeyd edib ki, 8 ay müddətində otaqdan bayıra çıxa bilməyib və ilk fürsət düşən kimi polisə müraciət edib. Qadın onu da qeyd edib ki, əri onu polisə müraciət edəcəyi təqdirdə ölümlə hədələyib. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır. (lent.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler