» » Azərbaycanda bələdiyyə sədri yol qəzasına düşdü

Azərbaycanda bələdiyyə sədri yol qəzasına düşdü

Bölmə: Kriminal
Azərbaycanda bələdiyyə sədri yol qəzasına düşdü

Bərdə rayonunda sərxoş sürücü qəza törədib.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi “Toyota-Prado” markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“VAZ-2107”-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub.

Qeyd edək ki, “Toyota-Prado” markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler