» » Bakıda rəis müavininin “Mercedes”i vurulub

Bakıda rəis müavininin “Mercedes”i vurulub

Bölmə: Kriminal
Bakıda rəis müavininin “Mercedes”i vurulub
Bakının Nərimanov rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Xalqinfo.az Report-a istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“Tofaş” markalı avtomobildə “Koroğlu” metro stansiyası istiqamətində yüksək sürətlə hərəkət edən 1974-cü il təvəllüdlü Valeh Məmmədov idarəetməni itirərək ikinci yola keçib və burada kənarda duran “Mercedes”ə çırpılıb.

Hadisə nəticəsində “Tofaş”ın sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

“Mercedes”in Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərliyə məxsus olduğu bildirilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler