» » Ağdamda idmançı protein qəbul etməsi nəticəsində ölüb

Ağdamda idmançı protein qəbul etməsi nəticəsində ölüb

Bölmə: Kriminal
Ağdamda idmançı protein qəbul etməsi nəticəsində ölüb
Ağdam rayon sakini protein qəbul etməsi nəticəsində dünyasını dəyişib.

Xalqinfo.az Report-a istinadən məlumatına görə, rayonun “Dörd yol – 2” qəsəbəsində məskunlaşan Ağdam rayon sakini, 36 yaşlı Sabir İbrahimov qəflətən səhhətinin kəskin pisləşməsi nəticəsində Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, 36 yaşlı gəncin qaraciyəri sıradan çıxıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının sözlərinə görə, Sabir İbrahimov 10 ilə yaxın idmanla məşğul olub. Ağır çəkili daşlardan istifadə edən gənc idmançı mütəmadi olaraq protein qəbul edirmiş. İki azyaşlı övlad atası olan idmançının ölümündə səbəb proteini həddindən artıq qəbul etməsi olub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler