» » Vidadi Zeynalovun məhkəməsi baş tutmadı

Vidadi Zeynalovun məhkəməsi baş tutmadı

Bölmə: Kriminal
Vidadi Zeynalovun məhkəməsi baş tutmadı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqinfo” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses təqsirləndirilən, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkillərinin qatılmaması səbəbindən baş tutmayıb.

Səhər saat 11-ə təyin edilən iclasa V.Zeynalovun 4 vəkilindən heç biri gəlmədiyi üçün saat 14:00-a kimi fasilə elan olunub. Günün ikinci yarısında davam etdirilən iclasda hələ də vəkillərin gəlmədiyi bəlli olub.

V.Zeynalov isə vəkillərindən xəbəri olmadığını deyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev buan etiraz edib: “Əgər vəkillər prosesə gəlməyəcəkdilərsə, əvvəlcədən xəbər verməli idilər. 11 nəfər təqsirləndirilən və bu qədər vəkil məhkəməyə gəlib, amma proses baş tutmur. Onlar məhkəməni uzatmaq istəyirlərs, nə qədər vaxt istədiklərini əvvəldən desinlər”.

Prosesdə növbəti dəfə saat 17:00-a kimi fasilə elan olunub.(qafqazinfo)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler