» » Şəki sakini üzərinə taxta şalban aşıb

Şəki sakini üzərinə taxta şalban aşıb

Bölmə: Kriminal
Şəki sakini üzərinə taxta şalban aşıb
Şəkinin Böyük Dəhnə kəndində bədbəxt hadisə nəticəsində yerli sakin həyatını itirib.

Xalqinfo.az Report-a istinadla xəbər verir ki, hadisə 1967-ci il təvəllüdlü Səlimov Qabil Cumali oğlu yaşadığı evin həyətindəki elektrik şalbanının yerini dəyişmək istədiyi zaman baş verib.

Q.Səlimov bunun üçün taxta şalbanı kəsmək qərarına gəlib, lakin nəticədə şalban onun üzərinə aşıb. Yaralı ağır kələ-beyin travması və bədən xəsarətləri ilə Bakıdakı xəstəxanalardan birinə gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler