» » Bu avtomobil sahibləri cərimə olunacaq

Bu avtomobil sahibləri cərimə olunacaq

Bölmə: Kriminal
Bu avtomobil sahibləri cərimə olunacaq
On beş gün keçməsinə baxmayaraq Bakıda Rusiya istehsalı olan avtomobillərin hələ də 25-30 faizi texniki baxışdan keçməyib. Odur ki, yol polisi artıq belə avtomobilləri cərimələməyə başlayıb.

Xalqinfo.az Xəzər TV-yə istinadən məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər saxlanılanda “vaxtım yoxdur”, “xəbərim olmayıb” kimi bəhanələr gətirirlər. Amma bu bəhanələr onlara cərimə yazmağa mane olmayacaq.

Vaqif Əsədovun sözlərinə görə, “sovet” avtomobillərində təkərlərə qoyulan standartlara əksər hallarda əməl edilmir. Bölmə rəisi sürücülərə tezliklə texniki baxışdan keçməyə dəvət edir. Əks halda belə sürücülərə cərimə protokolları yazılacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler