» » Azərbaycanda it külli miqdarda siqaret aşkar edib

Azərbaycanda it külli miqdarda siqaret aşkar edib

Bölmə: Kriminal
Azərbaycanda it külli miqdarda siqaret aşkar edib
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “VAZ -21074” markalı nəqliyyat vasitəsinə “Nayk” ləqəbli xidməti axtarış iti ilə gömrük baxışı keçirilib.

Xalqinfo.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı xidməti it avtomobilin salonunda cihazlar panelinin içinə və ön oturacaqların altına, yük yerinə tütün məmulatlarının olduğunu əks etdirən reaksiya göstərib. Bundan sonra həmin hissələrə keçirilən baxış zamanı üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 5200 ədəd “Marlboro” və 1200 ədəd “Golden Gate” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler