» » Gömrükdə külli miqdarda siqaret tutuldu

Gömrükdə külli miqdarda siqaret tutuldu

Bölmə: Kriminal
Gömrükdə külli miqdarda siqaret tutuldu
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi VAZ -21074 markalı nəqliyyat vasitəsinə “Nayk” ləqəbli xidməti axtarış iti ilə gömrük baxışı keçirilib.

Xalqinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı xidməti it avtomobilin salonunda cihazlar panelinin içinə və ön oturacaqların altına, yük yerinə tütün məmulatlarının olduğunu əks etdirən reaksiya göstərib. Sonra həmin hissələrə keçirilən baxış zamanı üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 5200 ədəd "Marlboro" və 1200 ədəd "Golden Gate" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler