» » Kürdəmirdə ağır yol qəzası:

Kürdəmirdə ağır yol qəzası: Avtomobil aşıb

Bölmə: Kriminal
Kürdəmirdə ağır yol qəzası:
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax əsas magistral yolunun 185-ci kilometrliyində Kürdəmir rayon sakini, 1964-cü il təvəllüdlü Əfrayıl İsrafil oğlu Həşimovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə Bakının Qaradağ rayon sakini Orxan Vaqif oğlu Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtomobil toqquşub.

Zərbənin gücündən “VAZ” yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - Kürdəmir rayon sakinləri, 37 yaşlı Rəşidə Arif qızı Şıxəliyeva, 58 yaşlı Qarakişi Əhməd oğlu Quliyev, 24 yaşlı Ruhanə Elçin qızı Cəbrayılova və 36 yaşlı Sveta Çingiz qızı İsmayılova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler