» » Goranboyda yeznə 7 nəfərin həyatına son qoydu

Goranboyda yeznə 7 nəfərin həyatına son qoydu

Bölmə: Kriminal
Goranboyda yeznə 7 nəfərin həyatına son qoydu

Goranboyda baş verən kütləvi qətlin təfərrüatları məlum olub. Hadisə Goranboyun Səfikürd kəndində qeydə alınıb. Qətliamı törədən şəxs ailənin yeznəsi olub. Ailə bir ay imiş ki, həmin şəxslə qohum olub. Kənd sakinlərinin qətli törədən Rafiq adlı şəxs olub. İlkin ehtimala görə, Rafiq bir ay əvvəl ailə həyatı qurduğu həyat yoldaşını gecə saatlarında möhkəm döyüb. Qadın ata evinə gəlib. Rafiq adlı şəxs səhər saatlarında qaynatasıgilə gələrək avtomat silahla evdə olan qaynanası, həyat yoldaşı, qayınları, baldızı və evin gəlinlərini güllələyib.
***09.51 Goranboy rayonunda kütləvi qətl törədilib. Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir. Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler